Azərbaycanda itkin düşən uşaqların sayı artdı

1266

Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.

Trend-in məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə isə 5375 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

2000-ci illə müqayisədə ölkədə itkin düşən uşaqların sayı azalsa da, ötən il onların sayı 2017-ci illə müqayisədə artıb.

2018-ci il ərzində Azərbaycanda 964 (2017-ci ildə 914 nəfər) nəfər itkin düşüb ki, onların 136-sı 18 yaşadək uşaq olub. 2017-ci ildə itkin düşən uşaqların sayı 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə isə 137 olub.

Qeyd edək ki, 2000 və 2005-ci illərdə Azərbaycanda itkin düşən uşaqların sayı daha çox olub. 2000-ci ildə 261, 2005-ci ildə 293 uşaq itkin düşüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər