Azərbaycanda karantin rejimi BU HALDA sərtləşdirilə bilər – AÇIQLAMA

657

Xəbər verdiyimiz kimi, Azərbaycanda 8 mart tarixində koronavirusa 195 yeni yoluxma faktı qeydə alınıb. Ondan bir gün 7 mart tarixində koronavirusa 403 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu tarixdə ölkədə COVID-19-a qarşı 3 483 nəfər vaksinasiya olunub.

Ümumilikdə isə hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 411 496 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Son günlər yoluxmada artım dinamikasının olması insanları narahat edən səbəblərdəndir. Sosial platformalarda vətəndaşlar arasında yenidən sərt karantin rejiminə keçəcəyi ilə bağlı söhbətlər gəzir.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Müşfiq Məmmədli bildirib ki, Azərbaycan pandemiya ilə mübarizədə kifayət qədər uğur qazanan ölkələr sərasındadır

“Bunun əsas səbəbi zamanında karantin tədbirlərinin dövlət tərəfindən uğurlu həyata keçirilməsi, o cümlədən insanların sağlamlığının ön planda tutulmasıdır. Buna baxmayaraq, qeyd edim ki, karantin tədbirlərinin müəyyən zaman kəsiyində dövrü olaraq sərtləşdirlməsi halları o zaman olur ki, statistikaya nəzər yetirdikdə yoluxmanın intensivliyi artsın və insanlarımızın sağlamlığına risk yaransın.

Təbii ki, insanlar qoruma tədbirlərinə ciddi şəkildə riayət etdikdən, 3 qızıl qaydaya əməl olunduqdan sonra karantin tədbirlərinin sərtləşdirilməsinə ehtiyac qalmır .Lakin, yoluxmaların dinamikası daim dövlət strukturları tərəfindən nəzarətdə saxlanılır. Əgər yoluxmaların sayında artım olarsa, prosesin yenidən narahatedici səviyyəyə çatmasına gətirib çıxaran hallar aşkar olunarsa, Operativ Qərargah və müvafiq qurumlar tərəfindən müəyyən məhdudlaşdırıcı addımların atılması, tədbirlərin olması mümkün ola bilər. Hazırda dinamika nəzarətdə saxlanılır. Hər birimiz bu prosesdə, xüsusən də bayram günlərində özümümzün və ətrafımızdakı insanların sağlamlığına diqqət etsək, hər şey qaydasında gedəcək. Lakin, yoluxmaların sayının artım dinamikası faktor rolunu oynayır. Hər birimiz ümid edirik ki, yoluxmaların sayında artım olmayacaq və biz tədricən normal həyatımıza dönəcəyik.

Burada mühüm məsələ vaksinasiya prosesinin önəmidir. Sözügedən proses sürətlənərsə, insanlar həmin mərhələdə yaxından iştirak edərsə normal həyatımıza dönməyimiz sürətlənəcək. Əks halda, bəzi məhdudlaşdırıcı tədbirlərin görülməsi reallaşa bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər