Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazılana bilər

693

“İstənilən halda Azərbaycanda da kriptovalyuta ilə bağlı qanun olacaq. Çünki bu sahənin inkişafı dünya maliyyə sistemləri qarşısında əsas hədəflərdən və çağırışlardan biridir”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik dünyada belə bir vahid mövqe yoxdur: “Bu gün kriptovalyutanın bir çox istiqamətləri var. Kriptovalyuta, rəqəmsal valyuta, elektron valyuta kimi bir çox növləri var. Hal-hazırda bununla bağlı araşdırmalar gedir, pilot layihələr var”.

Millət vəkili bildirib ki, hamı başa düşür ki, bu gələcəyin qaçılmaz olacağı vahid və ya istifadə olunacaq elektron ödəniş vasitəsi olacaq. Ancaq bunun arxasında nə duracaq? Bu gün valyuta və pul deyəndə onun arxasında dövlət durur. Kriptovalyutanın da arxasında dövlət və ya texnologiya durmalıdır? Texnologiya duracaqsa, bu texnologiyanın arxasında kim duracaq? Əsas suallar və müzakirə olunan məsələlərdir. Son nəticədə vətəndaş əldə etdiyi valyutanın dəyərsizləşməsini görərsə, istənilən halda məsuliyyət dövlətin üzərinə düşür”.

O qeyd edib ki, bu cəhətdən baxdıqda, dövlətin atdığı və atacağı addımlar məsuliyyəti dərk edərək atacağı addımlardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər