Azərbaycanda onkoloji xəstələrin sayı artıb- Qadınlar daha çoxdur

1868
Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.
Medicina.az xəbər verir ki, Trend-in məlumatına görə, 2016-cı ildə ölkədə 43 927 nəfər, 2015-ci ildə isə 40 653 onkoloji xəstə qeydiyyatda olub.
2017-ci ildə Azərbaycanda 11 192 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulan 10 183 nəfər, 2016-cı ildə isə 10 807 nəfər qeydiyyata götürülüb.
2017-ci ildə onkoloji xəstə kimi qeydiyyata götürülənlərin 5 415-si kişi, 5 777-i qadınlar olub. Ötən ilk dəfə onkolji xəstəlik diaqnozu qoyulanların 99-u yaşı 13-dək olan, 31-i 14-17 yaşlı uşaqlar olub. Xəstələrin 279-i 18-29 yaşlı, 250-si 30-34 yaşlı, 380-si 35-39 yaşlı, 5 121-i 40-59 yaşlı, 5 032-i 60 və yuxarı yaşda olan insanlar olub.
Ötən il ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyularaq qeydiyyata götürülənlərin 1 967-sində süd vəzisinin, 1 304-ündə traxeya, bronx, ağciyərin, 1 235-ində mədənin, 528-ində bağırsağın, 469-unda qida borusunun, 201-ində ağız boşluğunun və udlağın bədxassəli şişi aşkarlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər