Azərbaycanda toy-nişan mərasimləri üçün bu cür iltizamnamə YAZILACAQ

413

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 iyuldan etibarən şənlik mərasimlərinin keçirilməsinə icazə verilir.

Modern.az xəbər verir ki, eyni zamanda, şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsilə bağlı iltizamnamə yazılmalıdır.

İltizamnamə forması aşağıdakı kimidir:

ŞƏNLİK MƏRASİMLƏRİNDƏ XÜSUSI KARANTIN REJIMININ TƏLƏBLƏRINƏ ƏMƏL EDİLMƏSİNƏ DAİR İLTİZAMNAMƏ

Biz,______________________________________________rəhbəri (şənlik keçirilən müəssisənin adı) ______________________________________________ və vətəndaş (soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi) ______________________________________________________ (soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi) “ “ “___”_________

20____ il tarixində ___________________ünvanında keçiriləcək şənlik mərasimi zamanı “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl etməyi öhdəmizə götürürük və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müştərək məsuliyyətə cəlb olunacağımız barədə məlumatlandırılmışıq. ______________________ _ (öhdəlik götürən şəxsin imzası) _____________________________ _ (öhdəlik götürən şəxsin imzası) “ _____” __________ 20 __ il “_ “_____” ______________ 20 ___ il

Qərara əsasən həmçinin:

– Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

– Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

– Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir;

– Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir;

Bu bəndlərin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər