Azərbaycanda yoluxma artır, ikinci dalğadan qorxmayaq – Hande Harmançı

1024

Koronavirusun ikinci dalğasından qorxmamalıyıq.

Teleqraf.com xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında belə deyib.

O bildirib ki, hər dalğa koronavirusa nə qədər qalib gəldiyimizin sübutudur: “İkinci dalğanın olub-olmadığını yalnız geriyə baxdıqda, rəqəmlər əsasında deyə bilərik. Hazırda yoluxmaların sayında artım var. Biz düzgün müalicə üsulları və vaksinin gözləməklə yanaşı, yeni həyata öyrəşməliyik. Sosial məsafə qaydaları, gigiyena tədbirlərini yaxın bir il ərzində gözləməliyik ki, xəstə sayı artmasın”.

O əlavə edib ki, testlərin aparılması və təkmilləşdirilməsi davam edir: “Yaxın zamanda insanın koronavirusu keçirib-keçirmədiyini müəyyənləşdirən testlər tətbiq olunacaq. ÜST Azərbaycanla əməkdaşlıq çərçivəsində kütləvi yerlərdə bu testləri tətbiq edəcək. Nə qədər çox insan bu virusa yoluxub, sağalıbsa, geridə qalanlar bir o qədər təhlükəsizdir”.

Hande Harmancı bildirib ki, virus 5 aydır yayılıb və bir insanın ikinci dəfə virusa yoluxmasını bilmək üçün bizə zaman lazımdır: “Biz bildiririk ki, insanda virusa qarşı immunitet formalaşacaq. Lakin buna da vaxt lazımdır ki, müəyyənləşdirək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər