Azərbaycanın beynəlxalq aləmdəki imici möhkəmlənir, nüfuzu getdikcə güclənir

793

Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur. Fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə çox-çox uğurların sevincini yaşayacaq, daha möhtəşəm qələbələrin şahidi olacağıq.
Bəli, əldə edilən nailiyyətlərin kökündə düşünülmüş siyasət dayanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu artırır.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə sabit xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Zamanın çağırışı olaraq  – Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Nəhayət, Ermənistanın işğalına son qoyuldu. Prezident İlham Əliyev böyük şahmat oyununda sülh danışıqları zamanı Azərbaycana edilən təkliflərdən daha çoxunu əldə etdi. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, ümumdünya erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə sövq etdi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. İlham Əliyevin Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.
Nəticədə 44 günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.
Prezidentin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmşdır.
Xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında cənab İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd etmişlər. Bütün ölkə və dünya mediasının şahidliyi ilə Ölkə başçısı demək olar ki, bütün məqamlara toxunaraq suallara ətraflı və dolğun cavablar söyləmişdir. O, ölkəmizin beynəlxalq nüfuzu ilə bağlı mühüm açıqlamalar vermiş, bir çox sahələrdə əldə etdiyimiz nailiyyəttlərə diqqət yetirmşdir.
Media  nümayəndələrinə  bir  daha aydın olmuşdur ki,  Azərbaycanın beynəlxalq aləmdə imici həmişə müsbət olub. Ölkəmiz son 30 ildə beynəlxalq aləmdə iştirakçısı olduğu bütün layihələrdə öz yerini və etibarlı tərəfdaş kimi ciddiyyətini qoruyub saxlamışdır. Bu baxımdan deyə bilərik ki, ölkəmiz əməkdaşlıq etdiyimiz dövlətlərdə rəğbətlə qarşılanmışıq, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmişik.
Azərbaycan başqa təşkilatlarla da  qarşılıqlı  maraq  və  mənafeləri  qorunması istiqamətində çıxış edir.  Hər zaman olduğu kimi bu gün də ölkəmiz beynəlxalq hüququn prinsiplərinə  hörmətlə  yanaşır və bu prinsiplərə əməl edir.  Azərbaycan beynəlxalq təşkilatların əsas prinsiplrinə sadiq qalır. Müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli mövqe sərgiləmiş, ədalətli seçim etmişdir. BMT-də, digər  Beynəlxalq  təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü  həmişə  dəstəkləyib və bu gün də bu siyasəti davam etdirir. Həmin ölkələr  tərəfindən  də Azərbaycanın  ərazi bütövlüyü dəstəklənib.
Bütün  çətinliklərə baxmayaraq ölkəmiz Beynəlxalq  aləmdə zəhmətlə  formalaşan imicini  qoruyub, saxlaya  bilir. Respublikamızın bu mövqeyi zamanın və  tərəfdaşlarının  sınağından çıxmış mövqedir.
Azərbaycan, eyni zamanda enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir.Nəqliyyat dəhlizinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-loqistika əməkdaşlığının çox perpektivli istiqamətlərini müəyyən etmək olar. Azərbaycan bu istiqamətdə məqsədyönlü işlər görür, yeni layihələr reallaşdırır.
Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və xeyli vəsait qazanır. Respublikamız həmçinin dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən ölkəyə çevrilib. Sözsüz ki, bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına öz müsbət təsirini göstərmişdir.  Əminliklə deyə bilərik ki, Azərbaycan qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bundan sonra da fəaliyyətini davam etdirəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
Ölkə başçısının mətbuat konfransında səsləndirdiyi fikirlər ölkəmizin daha böyük uğurlar qazanacağına, beynəlxalq imicinin daha da artacağına əminlik yaradır.

İlhamə Məhəmməd qızı,
AJB-nin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər