AZƏRBAYCANIN BEYNƏLXALQ VƏ REGİONAL SİYASƏTİNDƏ TÜRKDİLLİ DÖVLƏTƏLRİN ƏMƏKDAŞLIQ ŞURASININ STRATEJİ ASPEKTLƏRİ

1220

Muasir qlobal şəraitdə Azərbaycan  özünün düşünülmüş və əsaslandırılmış regional və beynəlxalq siyasi və  iqtisadi strategiyalarının mükəmməlliyi sayəsində durmadan öz nüfüzünü artırmaqdadır. Bu uğurların bünövrəsi hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Neft strategiyasının uzun müddətli dövrə hesablanmış hədəfləri və bunlarla bağlı enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına başlanılması nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilməklə bərabər, beynəlxalq səviyyədə güclü  nüfuz qazanmış və xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli addımlar atmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında 2004-cü ildən başlayaraq bu istiqamətlərdə daha uğurlu nəticələr əldə olunmuşdur. Dövlət başçısının səyləri nəticəsində ölkəmiz beynəlxalq səviyyədə, xüsusilə türk dünyasında, türkdilli dövlətlər arasında öz nüfüzünu xeyli artırmışdır. Bunun üçün əsas beynəlxalq platforma kimi Türkdilli Dövlətəlrin Əməkdaşlıq Şurasından məharətlə və maksimum səmərəli şəkildə istifadə olunur. Qeyd edək ki, bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanın ayrılmaz və strateji guşəsi olan Naxçıvan şəhərində 2009-cu ilin oktyabr ayının 3-də keçirilən Zirvə görüşündə təsis olunmuşdur. Türk dünyası üçün xüsusi önəm kəsb edən bu beynəlxalq təşkilatın təsisçi üzv ölkələri kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə çıxış etmişlər. Sevindirici halldır ki, məhz 3 oktyabr hər il dünyada  türk dilində danışan ölkələr günü kimi qeyd olunur. Bu təşkilatın strateji əhəmiyyəti onunla izah olunur ki, türk dünyasının qlobal problemlərinin və mühüm əhəmiyyət kəsb edən məsələlərinin həllində səylərin mobilizasiya edilməsi və koordinasiya olunmasıdır. Belə ki, eyni kökə malik olan xalqların mənəvi bağlılığının gücləndirilməsi, birliyinin möhkəmləndirlməsi, siyasi və ticarət-iqtisadi əlaqələrinin daha da sıx şəkildə inkişaf etdirilməsi təmin olunur. Keçən dövr ərzində bu təşkilatın məhsuldar fəaliyyəti nəticəsində bir sıra mühim tədbirlər keçirilmiş və türkdilli dövlətlərin əməkdaşlığının daha da səmərəli təşkilinə nail olunmuşdur. Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 2011-ci il oktyabr ayının 20-21-də Qazaxstanın Almatı şəhərində keçirilmişdir. “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq mövzusunda keçirilən İkinci Zirvə Görüşü Qırgızıstanın paytaxtı Bişkekdə-2012-ci ilin 22-23 avqustunda baş tutmuşdur. Türkdilli dövlətlər üçün, o cümlədən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Nəqliyyat və bağlantı” mövzusunda Üçüncü Zirvə Görüşü ölkəmizin intensiv inkişafda olan Qəbələ şəhərində-2013-cü ilin 15-16 avqustunda keçirilmişdir. “Turizm sahəsində əməkdaşlıq” adlı Dördüncü Zirvə Görüşü Türkiyənin Bodrum şəhərində 2014-cü ilin 4-5 iyununda baş vermişdir. Maraqlı bir mövzuya-“Mediya və informasiya sahəsində əməkdaşlıq” problemlərinə həsr olunmuş Beşinci Zirvə Görüşü Qazaxıstanın Nursultan şəhərində 2015-ci il 10-11 sentyabrnda keçirilmişdir. “Gənclər və Milli İdman Növləri” adlı Altıncı Zirvə Görüşü 2018-ci il sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutmuşdur. Nəhayət, Türk Şurasının yeddinci Zirvə Görüşü “Kiçik və orta sahibkarlığın inkişafı” problemlərinə həsr olunmuşdur və bu tədbir 2019-cu il oktyabr ayının 15-də Bakıda olmuşdur. Həmin Zirvə Görüşündə bu strateji regional təşkilata sedrlik Azərbaycana keçmişdir. Məhz, bu tarixdən başlayaraq dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə türk dünyasının qlobal problemlərinin həllinə yeni strateji baxışın formalaşdırılması və daha təsirli tədbirlərin görüləmsi üçün üzv dövlətlərin səylərinin birləşdirilməsi istiqamətlərində önəmli işlər görülməkdədir.

Məlumdur ki, Türkiyənin və digər türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın regional və beynəlxalq siyasi müstəvidə, həmçinin iqtisadi sahələrdə, o cümlədən enerji sektorunda artan nüfüzü bir  çox dünya ölkələrini, ölkə qruplarını ciddi şəkildə narahat etməkdədir və qıcıqlandırmaqdadır. Xüsusilə, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət, uzaqgörənlik, nümayiş etdirdiyi siyasi yetkinlik Azərbaycanın müstəqil dövlət kimi nüfuzunu xeyli yüksəltmişdir. Ölkəmiz bir çox beynəlxalq platformalarda öz sözünü deyən və müstəqil qərarları ilə seçilən, fərqlənən dövlətlərdəndir. Qlobal səviyyədə baş verən proseslərdə Azərbaycan özünün düşünülmüş addımları və reallaşdırdığı siyasəti ilə diqqət mərkəzinə düşmüşdür və bunlar barəsində Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların rəhbərlərinin söylədikləri fikirlər diqqət çəkir. Bunların bariz nümunəsi olaraq ölkəmizin son dövrlərdə beynəlxalq aləmdə apardığı siyasi və iqtisadi səylərin yüksək səmərəsini, ölkəmizə gətirdiyi əlavə dividentləri, imici qeyd etmək olar.

Məlumdur ki, hazırda dünya qlobal bəla-pandemiya COVİD-19-la üzbəüz qalmışdır. Bütün dünyada siyasi və iqtisadi proseslər iflic vəziyyətinə düşmüş, insanar sosial təcrid olunmuş, milyonlarla insanlar koronavirusa yoluxmuş, yüz minlərlə insanlar həyatının itirmişdir. Nəhəng dövlətlər belə sarsıntılar keçirməkdədir və problemlərdən çıxış yolları axtarmaqda çətinlik çəkirlər. Məhz, belə bir mürəkkəb şəraitdə ölkə prezidenti-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü baş tutmuşdur. Bu formatda tədbir bir daha onunla əlamətdar olmuşdur ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat kimi, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişlər və bu görüşdə qlobal problemlər, o cümlədən səhiyyə sistemi ilə, həmçinin koronavirusla bağlı mübarizə tədbirləri istiqamətindəki məsələlər müzakirə olunmuş, birgə əməkdaşlıq üzrə fəaliyyət tədbirləri razılaşdırılmışdır.  Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Digər tərəfdən, dövlət başçısının təşəbbüsü ilə dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı və bir daha, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə töhfəsi ayırmışdır.  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin reallaşdırdıği regional və beynəlxalq siyasət, iqtisadi yanaşmalar müstəqil Azərbaycanımızın, dövlət başçısının siyasi iradəsinin, dövlət və xalq birliyinin güclü təcəssümünün obyektiv nəticəsidir. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyi  dövründə bu prinsiplərə və meyarlara sadiq olmaqla, eyni kökə malik xalqların və türkdilli dövlətlərin beynəlxalq aləmdə gücünə əlavə güc qatacaq, bu missiyanı uğurla yerinə yetirəcək və beynəlxaq səviyyədə öz nüfuzunu daha da artıracaqdır.

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər