Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir

929

1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Naxçıvanda başlayan qurtuluş mübarizəsi yeni bir həlledici mərhələyə qədəm qoydu və beləliklə bütün Azərbaycanın qurtuluşu başlandı. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisi xilasetmə missiyasının Milli Qurtuluş Günü olduğunu təsdiq etdi. Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtmasına verdiyi düzgün, ədalətli və obyektiv qiymətləndirməni əks etdirir.

Həmin illərdə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə idi. AXC-Müsavat hökumətinin səriştəsizliyi, dövlət idarəetmə sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən bəri ölkədə silahlı birləşmələrin ehtiyatsız hərəkətləri, ölkənin müxtəlif bölgələrində separatizmin alovlandırılması Azərbaycanı ciddi təhlükə ilə qarşılaşdırdı.

AXC-Müsavat rejimi  hakimiyyəti əlində saxlamaq üçün günahsız insanların ölümü üçün şərait yaratdı. Ölkədə idarəetmə tamamilə nəzarətdən çıxmışdı. Qanunsuz olaraq hakimiyyətə gələn AXC-Müsavat birliyi ölkəni talan edib təhlükə ilə üz-üzə qoydu. Dövlət əmlakının mənimsənilməsi, talan edilməsi adi hala çevrildi.

Dövlət idarəçiliyi təcrübəsi olmayan şəxslərin yüksək vəzifələrə təyin edilməsi müstəqilliyimiz üçün təhlükə yaratmışdı. AXC-Müsavat bütün ölkələrlə münasibətləri korladı və hətta bəzi ölkələrə münasibətləri düşmənçilik səviyyəsinə gətirmişdi.

Ölkə əhalisinin rəyinə əsaslanmayan bir çox qərarlar xalqla hökumət arasındakı böhranı daha da artırdı. Heç bir qanuni əsası olmayadan təşkil olunmuş “ekologiya polisi”, “bələdiyyə polisi”  kimi qurumlar demək olar ki, daxili işlər nazirinin varlanmasına xidmət edirdi. Hakimiyyətə gəldikdən sonra Xalq Cəbhəsi üzvləri birinci yer uğrunda mübarizə aparan bir çox kiçik qrup bölündülər.

Bu cür daxili çəkişmələrin, eləcə də xalqın onlara olan inamsızlığının nəticəsi olaraq bu hakimiyyət bir il davam gətirə bildi. Onların bir illik hakimiyyəti ölkədə anarxiyaya, xaosa, özbaşınalığa, iqtisadi çöküşə və əhalinin sosial vəziyyətinin kəskin pisləşməsinə səbəb oldu.

Belə bir vəziyyətdə Azərbaycan xalqı və xalqın dəyərli ziyalıları ölkənin qurtuluşunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. AXC-Müsavat hakimiyyətinin həddən artıq səriştəsizliyi, ölkənin bir çox proseslərdən təcrid olunması və ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurətə çevirdi.

1993-cü ilin oktyabrında Heydər Əliyev əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə prezident seçildi və müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini ortadan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki qruplarının Azərbaycanı parçalamaq, məhv etmək planı iflasa uğradı. Beləliklə, xalq Heydər Əliyevi öz milli xilaskarı və lideri seçdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox böyük yeniliklərə imza atıldı: referendum yolu ilə Azərbaycan Konstitusiyası qəbul edildi, siyasi islahatların aparılması nəticəsində çoxpartiyalı sistem yaradıldı, ilk parlament seçkiləri keçirildi, 20 Yanvar faciəsinə və Xocalı Soyqırımına siyasi qiymət verildi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmağa başladı, ölkəyə böyük investisiyalar cəlb edild.

Eyni zamanda ölkəmizdə nizami ordu yaradıldı, yeni idarəetmə sistemi formalaşdırıldı, ölkəmizin iqtisadi dirçəlişinə gətirib çıxaran neft müqavilələri imzalandı.

Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin həyata keçirilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi prioritet sahələrdən biri də gənclərlə iş idi. Hər zaman gənclik məsələlərini siyasətinin əsas tərkib hissələrindən biri hesab edən ulu öndər deyirdi:  “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Heydər Əliyev regionların sosial-iqtisadi inkişafına bütünlükdə ölkənin tərəqqisinə nail olmağın əsas imkanlarından biri kimi baxmış və bunu prioritet istiqamət olaraq qarşıya qoymuşdur. Ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində sürətli inkişaf yolu keçmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır.

Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur. Ulu Öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, qurub yaratmağa yüksək həvəs, gələcəyə böyük inam yaranmışdır.

Bu gün Heydər Əliyev ideyalarının ardıcıl davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.

Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaratdı. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi.

44 günlük Vətən Müharibəsi, “Dəmir yumruq” əməliyyatı regionda yeni reallıqlar yaratdı. Ermənistan ordusunun silahlı qüvvələri tərəfindən təxribatların qarşısını almaq məqsədi ilə Azərbaycan ordusunun ötən il 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatları qısa müddətdə gücümüzü yalnız düşmənə deyil, bütün dünyaya göstərdi.

Azərbaycan artıq qalib ölkə olaraq regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Preziden İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars müqaviləsinin imzalanmasından yüz il sonra Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə müttəfiq münasibətlərinə dair Şuşa Bəyannaməsini imzaladılar.

Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yeksələrək yeni bir mərhələyə qədəm qoyub.

Azərbaycan dövlətinin qüdrəti bundan sonra daha da artacaq, iqtisadi imkanları yüksələcək, ölkə vətəndaşları özünü daha rahat hiss edəcək. Yeni-yeni hədəflər gələcəyə böyük inamdan irəli gəlir. Artıq dünyada İnkişafın Azərbaycan modeli mövcuddur və bu konsepsiya ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq.

Azərbaycan dövlətinin gücü artmaqda davam edəcək, iqtisadi imkanlar artacaq və ölkə vətəndaşları özlərini daha rahat hiss edəcəklər. Gələcəyə böyük inamla yeni-yeni hədəflər yaranır.

Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Bugünkü qələbələrin təməli 15 iyun 1993-cü ildə qoyuldu və beləliklə, Azərbaycan tarixində yeni bir dövrə qədəm qoydu.

Ceyhun Hüseynov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər