Azərbaycanlı deputat AVRONEST PA-da vəzifəyə seçildi (FOTO)

2548

Brüsseldə AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilir.

Trend-in məlumatına görə, sessiyada deputat Sahibə Qafarovanın başçılıq etdiyi Milli Məclisin nümayəndə heyəti iştirak edir.

Sessiyada Enerji təhlükəsizliyi komitəsində Milli Məclisin deputatı Tahir Mirkişili və Avropa Parlamentinin deputatı Norika Nikolayln müəllifi olduğu “Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzə müzakirəyə çıxarılıb. Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadə etməyin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib çixaracağı qeyd edilir. Avropa Birliyi üzv ölkələrinin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb. Məruzə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrini enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırıb.

Sessiyada həmçinin təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər