“Azərikimya” İB kimya məhsullarının ixrac coğrafiyasını genişləndirir

641

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin müəssisə və istehsalat sahələrində aparılmış genişmiqyaslı əsaslı təmir və yenidənqurma işlərindən sonra sifarişçilərin kimyəvi məhsullara olan tələbatları kifayət qədər etibarlı şəkildə təmin olunmaqdadır. Xarici ölkələrə ixrac olunan yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti, butilen-butadien fraksiyası, ağır qətran, propilen oksidi və s. məhsullar sifarişçi şirkətlər tərəfindən yüksək dəyərləndirilir. Yaxın zamanlarda Birliyin məhsullarının ixrac coğrafiyasının daha da genişləndirilməsi, dünya bazarına mövcud standartlara uyğun daha çox məhsul həcmlərinin çıxarılması nəzərdə tutulur. Avropa Birliyi ölkələri tərəfindən idxal edilən neft-kimya məhsullarının nəzarətdə saxlanılmasına, həmçinin, Avropa Birliyi ölkələrində neft-kimya məhsulları bazarının rəqabətə davamlılığının və bütövlüyünün təmin edilməsinə xidmət göstərən REACH (Registration, Evaluation, Authorization and Restriction of Chemicals – kimya məhsullarının qeydiyyatı, qiymətləndirməsi, icazə və məhdudiyyətlər) proqramının “Azərikimya” İB-də tətbiq edilməsi prosesi müvəffəqiyyətlə davam etməkdədir. 2011-ci ilin sonuna kimi Birliyin istehsalı olan polietilen, propilen, maye piroliz qətranı və mütləqləşdirilmiş izopropil spirti məhsullarına müvafiq REACH kodlarının əldə edilməsi istehsal olunan məhsulların Avropa ölkələri tərəfindən maneəsiz idxalına daha geniş imkanlar yaradacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər