“Azərikimya” İstehsalat Birliyində məktəblilərin iştirakı ilə ekoloji maarifləndirmə tədbiri keçirilmişdir

743

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi Sumqayıt şəhər 11 saylı orta məktəblə birgə ekoloji maarifləndirmə tədbiri keçirmişdir. Şəhərin müxtəlif təhsil ocaqlarının yuxarı sinif şagirdləri və müəllim heyyətinin iştirak etdiyi tədbirdə “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək bildirmişdir ki, belə tədbirlərin keçirilməsi yalnız Sumqayıt regionunda deyil, Azərbaycanın bütün bölgələrində ekoloji gərginliyin azaldılmasına xidmət edir. Muxtar Babayev ətraf mühitin daha etibarlı şəkildə mühafizəsi üçün gənc nəslin təbiətə sevgi və qayğı ruhunda tərbiyəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, məktəblilərə və təhsil işçilərinə ekoloji maarifləndirmə və ətraf mühitin qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Qalib məktəblilərə diplomların və qiymətli hədiyyələrin verilməsi ilə başa çatan ekoloji viktorinadan sonra 11 saylı məktəbin bədii özfəaliyyət kollektivləri üzvlərinin ifa etdikləri müxtəlif milli rəqs və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə həmçinin məktəblilərin Azərbaycan və onun ekologiyası ilə bağlı maraqlı və orijinal əl işlərindən ibarət sərgi də nümayiş etdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər