«Azərikimya»da tibbi-sığorta üzrə maarifləndirici tədbir keçirilmişdir

718

«Azərikimya» İstehsalat Birliyi ilə «PaşaSığorta» ASC arasında bağlanmış müqavilə əsa­sında bu ilin əvvəlindən etibarən ARDNŞ-in digər strukturlarında olduğu kimi kimya­çılar da əlavə vəsait ödəmədən müxtəlif səhiyyə müəssisələrində tibbi xidmət­lərdən yarar­lanmaq imkanı qazanmışlar. Bu zaman kimyaçıların hər hansı bir problemlə üzləş­mə­məsi üçün bugünlərdə Birliyin akt zalında «PaşaSığorta» ASC-nin nümayən­də­ləri tə­rə­findən Birlik kollektivi üçün təqdimat xarakterli maarifləndirici tədbir keçirilmişdir.

Bildirilmişdir ki, «PaşaSığorta» ASC-nin xətti ilə müqavilə bağlamış müəssisə və təşkilatların əməkçiləri Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın digər rayonlarında fəaliyyət göstərən 40-a yaxın tibb müəssisəsində təcili tibbi yardım və evakuasiya, stasionar, ambulator-poliklinik, həmçinin planlı stomatoloji yardım, illik dövri tibbi müayinə, təcili vaksinasiya və digər xidmətlərdən istifadə edə biləcəklər.

Təqdimat mərasimində Birlik əməkdaşlarını maraqlandıran suallar «PaşaSığor­ta» ASC-nin nümayəndələri tərəfindən əhatəli şəkildə cavablandırılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər