“Azərikimya”nın istehsalatlarında təhlükəsizlik tədbirləri…

677

“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində davam etməkdə olan yeniləşmə, təmir və rekonstruksiya işlərinin genişləndirilməsi ilə bağlı Birliyin akt zalında təmirçilər üçün “Tə­mir işlərində təhlükəsizlik texnikası qaydaları və normaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.

İnsan amilinin ən vacib və mühüm hesab edildiyi  “Azərikimya”  İB-də bütün sahələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl olunmasının daim ön plana çəkilərək, nəzarətdə saxlanılması bu gün Birliyin müəssisələrində təhlükə risklərinin xeyli azalmasına, məhdudlaşmasına səbəb olmuşdur.

Tədbir zamanı istehsalatda təmir işlərinə başlamazdan əvvəl ərazidə aparılan monitorinqlərin keçiril­məsinin, mümkün ola biləcək risklərin düzgün  dəyərləndirilərək, onların təhlükəsizlik tədbirləri həyata keçirilməklə minimuma endirilməsi müsbət qiymətləndirilməklə yanaşı, bu sahədə işin daha səmərəli imkanlarının olduğu da diqqətə çatdırılmış, iş zamanı onların reallaşdırılmasının mühüm olduğu qeyd edilmişdir.

Təmirçilərə slaydlar və video-süjetlər vasitəsilə iş zamanı təhlükəsizlik qaydalarına daha etibarlı şəkildə əməl edilməsi imkanları və vasitələri nümayiş etdirilmiş, onlardan gündəlik iş prosesində maksimum istifadə olunması tövsiyə edilmişdir.

Tədbirdə Birlik müəssisələri və idarələrinin baş mühəndisləri, aparısı mütəxəssislər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul işçilər iştirak etmişlər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər