Bu gün saat 11:00 radələrində Bakı-Sumqayıt sərnişin avtobusu aşıb. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rəşad İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya sərhəd yolun 28,4-cü kilometrliyində, Saray-Sumqayıt yolunda baş verib. “Daewoo” markalı 10 TE 934 dövlət nömrə nişanlı sərnişin avtobusu idarəetməni itirərək aşıb. Nəticədə sərnişin Bakı şəhər Sabunçu rayonu Ramana qəsəbə sakini Zəminə Hüseynova xəsarət alıb.
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yolun buzlu olması və sürücünün yolu yaxşı qiymətləndirməyərək maşını yüksək sürətlə idarəetməsi olub. Xoşbəxtlikdən qəza zamanı ölüm hadisəsi olmayıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, avtobus Sumqayıt istiqamətində hərəkət edirmiş.