Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır

423

Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır.

“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.

“Ekspres” qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 19:20-də hərəkət edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər