Bakı-Sumqayıt dəmir yolundan nə qədər sərnişin istifadə edir? - AÇIQLAMA

261

“Abşeron dairəvi dəmir yolu xətti 2015-ci ildən fəaliyyətə başlayıb. Keçən ilin sonuna qədər isə digər 14 stansiyamız istismara verilib”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları departamentinin rəisi Elyar Muradov deyib.

O bildirib ki, pandemiyaya qədər Abşeron dairəvi dəmir yolu xəttində gündəlik 18-20 minə yaxın sərnişin daşınıb:

“Pandemiya dövründə sərnişindaşınma gündəlik 8 minə enib, hazırda isə gündəlik 11 min sərnişin daşınır. Abşeron dairəvi dəmir yolu xəttinin dayanacaq və stansiyalarında turniketlər və digər avadanlıqlar quraşdırılıb. Bu turniketlərdən istifadə etmək üçün keçid kartı tətbiq edilir.

Hazırda ADY-nin 11 min sərnişindən 8 mini bu kartlardan, 3 min isə birdəfəlik bilet alaraq istifadə edir”.

O əlavə edib, Bakı Dəmir Yolu Vağzalında 4 dəqiqə ərzində minə yaxın sərnişin turniketlərdən keçid edə bilir:

“Bir dəqiqədə bir turniketdən 15 sərnişin keçid edə bilir”.

O xatırladıb ki, sərnişinlər viza kartları vasitəsilə bu gündən etibarən 14 stansiyada quraşdırılmış turniketlərdən istifadə edə bilərlər:

“Bu kartlar nəinki Azərbaycan vətəndaşlarında, həmçinin ölkəyə gələn turistlərdə də var. Bu sistemin tətbiqi ADY-nin işini daha da yüngülləşdirir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq ADY-də tətbiq edilir. Ümid edirik ki, gələcəkdə digər ictimai nəqliyyatlarda da bu sistem tətbiq ediləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər