Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.