Dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.
Avropa.info “APA-Economics”ə istinadla məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.