Bakı-Sumqayıt sürət qatarının hərəkət qrafikindəki müvəqqəti dəyişiklik sərnişin sıxlığına və narazılığa səbəb olub.
Oxu.Az-ın məlumatına görə, 08:30-da Bakı stansiyasına çatmalı olan qatar 16 dəqiqə gecikmə ilə stansiyaya çatıb.
Xatırladaq ki, Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilib.
Dəyişikliklə sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə tənzimlənir.