Bakı-Sumqayıt qatarları həftəsonu işləməyəcək

460

Bakı-Sumqayıt üzrə hərəkətdə olan elektrik qatarları həftəsonu işləməyəcək.

Bu barədə Modern.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq:

“Qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər