Bakı-Sumqayıt yolunda atışma

882

Bir nəfər ağır yaralandı

article_1184217485Bakı-Sumqayıt yolunda silahlı insident baş verib. Bu barədə APA-ya Abşeron rayon Polis İdarəsindən bildirib.

Hadisə bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunun 18-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Baş vermiş silahlı insident nəticəsində 30 yaşlı Samir İsmayılov ağır yaralanıb. Zərərçəkən Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır. Dərhal əməliyyat olunan S. İsmayılovun bədənindən xeyli qəlpə çıxarılıb.

Hazırda polis hadisənin kimin tərəfindən törədildiyini və insidentin baş vermə səbəblərini araşdırır.

LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər