Bakı-Sumqayıt yolunda cəza tədbirləri sərtləşdiriləcək – NAZİR MÜAVİNİ

212

“Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:

“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər