Bakı – Sumqayıt yolunda dəhşətli qəza

597

Sentyabrın 23-də Bakı – Sumqayıt yolunda faciəvi yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Masazır qəsəbəsindən gələrək, Bakı – Sumqayıt yolunu keçmək istəyən 90 NJ 099 nömrəli “Audi” ona yer verməli olan 10 EZ 524 nömrəli “Moskviç”lə toqquşub.
Nəticədə “Moskviç”in sürücüsü ölümcül vəziyyətdə yerə sərilib. Onun sərnişinləri – təqribən 50 yaşlı qadın və 10 – 15 yaşlı oğlan və qız isə yaralanıb. Hadisə yerinə təcili yardım gəlib. Sürücü və sərnişinləri hadisə yerindən yaxınlıqdakı xəstəxanaya aparılıb.
Tamamilə yararsız vəziyyətə düşən “Moskviç” yolu bağladığından, onu sürüyərək kənara çəkiblər. Sürücülərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Lakin hadisə yerinə toplaşanlardan bəziləri ölümcül yaralı sürücünü tanıyıb. 50-55 yaşlı kişinin Balakişi adlı Xırdalan sakini olduğu deyilir. “Audi”nin isə sol tərəfi əzilib, sürücü isə heç bir xəsarət almayıb.
Ekspert hadisə yerindən fotogörüntülər çəkib, faktla bağlı araşdırma aparılır. Elşən MƏMMƏDOV, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər