Bakı-Sumqayıt yolunda radarlar işləmir?

615
Bakı-Sumqayıt yolunda quraşdırılan radarlar işləmir. Bu məzmunda məlumatı Milli.Az-a Rizvan adlı oxucu deyib. O, məlumatını isə bir neçə ay ərzində Bakı-Sumqayıt yolunda sürət həddini dəfələrlə aşmasına baxmayaraq heç bir tədbir görülməməsi ilə əsaslandırıb: “Həmin yolda sürət həddi 110 kilometr/saat olsa da, hər gün 140-150 kilometr saatla hərəkət edirəm. Bu vaxta kimi bir dəfə də olsun sürət həddini aşmağımla bağlı xəbərdarlıq edilməyib. Heç yaşadığım ünvana bildiriş də gəlməyib”.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyələ əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin yolda radarların işləməməsi ilə bağlı iddialar cəfəngiyyatdır.
Şöbə rəisinin fikrincə, yüksək sürətlə hərəkət edən sürücünün ünvanına bildiriş getməməsi ilə bağlı deyilənlər inandırıcı deyil:
“Ola bilsin ki, həmin şəxs qeydiyyatda olduğu ünvanda yaşamır. Əgər belə bir hal varsa, sürücünün iştirakı olmadan da inzibati protokol tərtib olunur və buna uyğun olaraq da tədbir görülür”.
Anar Məmmədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər