Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaranır.
Oxu.Az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
“Sağ zolağı xüsusi xətlə ayırmaq olar, buna imkan da var. Belə olan halda avtobuslar normal işləyər, operativ nəqliyyat vasitələri də ora ilə gedib gələ bilər”, – ekspert Elməddin Muradlı bildirib.
Ekspertlər təklif edir ki, mövcud problemin aradan qaldırılması ilə paytaxtın əksər ərazilərində müşahidə olunan sıxlıq da aradan qalxmış olar. Bu yolda yaşanan tıxaclar Bakının onlarla küçə və prospektində nəqliyyatın instesiv hərəkətinə ciddi təsir edir.