Bakıda ermənilərə işləyən Fidanı neçə il həbs gözləyir?- VƏKİL ANAR QASIMLI ŞƏRH ETDİ

1997

Adətən 16 yaşına çatmayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Lakin Cinayət Məcəlləsinin 20-ci maddəsində əksini tapan bir sıra cinayət halları istisnadır. Məsələn, qəsdən adam öldürmək, qəsdən sağlamlığa ağır zərər vurmaq, adam oğrulamaq, zorlamaq, seksual xarakterli zorakılıq hərəkətləri, oğurluq, talama məqsədi olmadan avtomobil qaçırma, girov götürmək, terrorçuluq və s. Bu hallarda cinayət məsuliyyəti 14 yaşdan başlanılır.

Bu sözləri Axar.az-a açıqlamasında DTX-nın son əməliyyatında şərti adı Fidan olan 16 yaşı hələ tamam olmamış qızın cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağını şərh edən hüquqşunas Anar Qasımlı deyib.

“Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluğun anlayışı verilir: ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul etməyə təsir göstərmək məqsədilə insanların həlak olması, əmlaka əhəmiyyətli ziyanın vurulması, başqa ictimai təhlükələrin baş verməsinə səbəb olan partlayış, yanğın və s. İctimaiyyətə açıqlanan məlumatlar hələ həmin yeniyetmənin əməlini terrorçuluq kimi qiymətləndirmək imkanı vermir”, – hüquqşünas deyib.

Onun sözlərinə görə, əgər bu hallar istintaq tərəfindən təsdiqlənsə, terror cinayətlərinə görə Azərbaycan Cinayət Məcəlləsində 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə, ağırlaşdırıcı hallarda isə 14 ildən 20 ilədək cəza nəzərdə tutulur:

“Burada cinayət məsuliyyətinin şərtləri də vacibdir. Şərtlər ondan ibarətdir ki, Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmış və cinayət törətmiş şəxs anlaqlı olmalıdır. İctimaiyyətə göstərilən görüntülərdən gürünür ki, həmin yeniyetmənin anlaqlı olub-olmaması müzakirə mövzusu deyil. İlk baxışdan o, sərbəst şəkildə danışır. Amma hər bir halda bu məqam da yoxlanılacaq. Yeniyetmə cinayət məsuliyyətinə cəlb edilməsə belə, o, nəzarətsiz qalmayacaq. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” qanununa uyğun olaraq, azyaşlı qız qapalı və ya açıq tipli tərbiyə müəssisəsinə göndərilə bilər”.

Qeyd edək ki, şərti adı Fidan olan 16 yaşına çatmamış azərbaycanlı qız erməni xüsusi xidmət orqanlarının sifarişini bilərək, qəsdən icra edib və erməni terrorçularını təbliğ, Azərbaycan Ordusuna qarşı kampaniya aparmaqla məşğul olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər