Bakıda iyul ayında keçirilən aksiyada həbs edilən 21 nəfər azadlığa buraxıldı: 12-si AXCP üzvüdür

610

Bakıda bu ilin iyul ayında keçirilən aksiyada həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, AXCP-nin 15 fəalından 12-si bu gün azadlığa çıxıb.

Azadlığa buraxılanlar arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabaq əlili Asif Yusifli də var.

Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Xatırladaq ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir.

Həbsdə olanlardan 15 nəfəri AXCP üzvləri idi.

Cinayət işi üzrə bu gün azadlığa buraxılanların ümumi sayı 21 nəfərdir.

Onlar arasında Müsəlman Birliyi Hərəkatının iki üzvü – Kamil Mahmudov və Tural Vəliyev də var.

Qeyd edək ki, bu ilin iyul ayında Tovuz hadisələrindən sonra Bakıda Orduya dəstək məqsədilə keçirilən aksiya zamanı bir qrup şəxs Milli Məclisə daxil olaraq, binaya zərər vurmuşdu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər