Baş prokuror: “Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqının istintaqında irəliləyişlər var”

843
“Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlər var”.
APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Z. Qaralov qeyd edib ki, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: “Cinayətkarın hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Həmin hadisələrin hamısı açılıb. Valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin də tutulması istiqamətində tədbirlər görülür və inanıram ki, bu cinayətin də üstü tezliklə açılacaq”.
Milli.Az

“Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlər var”. APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Z. Qaralov qeyd edib ki, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: “Cinayətkarın hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Həmin hadisələrin hamısı açılıb. Valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin də tutulması istiqamətində tədbirlər görülür və inanıram ki, bu cinayətin də üstü tezliklə açılacaq”.
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər