Belarusun ölkəmizdəki səfiri Sumqayıtda olub – FOTO

1067

Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Sumqayıt şəhərində səfərdə olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səfirə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, Sumqayıtda son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.

Qeyd olunub ki,iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

Zakir Fərəcov Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Qeyd edib ki, Sumqayıt şəhəri 15 il bundan öncə Mogilyov şəhəri ilə qardaşlaşıb.

Səfir Andrey Ravkov Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Görüş zamanı diplomat Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İkitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər