Bəyanatın şərtlərini və təslim olduğumuzu mətbuatdan öyrəndim – Ermənistan prezidenti

763

Mətbuatdan öyrəndim ki, Qarabağ müharibəsinin sona çatması ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyannamə imzalanıb. Bəyanatın şərtlərini və təslim olduğumuzu mətbuatdan öyrəndim.

Trend-in məlumatına görə, bunu Ermənistanın prezidenti Armen Sarkisyan deyib.

Onun sözlərinə görə, prezident olaraq, təəssüf ki, bu sənədlə bağlı onunla heç bir məsləhətləşmə və müzakirə aparılmayıb, heç bir görüşdə iştirak etməyib:

“Qarabağ probleminin həlli dövlət əhəmiyyətli bir məsələdir. Ermənistanın, Qarabağın və bütün erməni xalqının həyati təhlükəsizlik maraqları və hüquqları ilə əlaqəli hər bir addım, hərəkət, hər hansı bir qərar, xüsusən sənədin imzalanması geniş məsləhətləşmələr və müzakirələrin mövzusu olmalıdır.

“Qarabağın və buna görə də erməni xalqının taleyinin yalnız milli maraqlarımız nəzərə alınmaqla və yalnız milli konsensus əsasında həll oluna biləcəyini vurğulayıram.

Mövcud vəziyyətlə şərtlənən geniş ictimaiyyətin dərin narahatlıqlarını nəzərə alaraq, dərhal milli maraqların qorunması üçün gündəmimizdən irəli gələn həlləri əlaqələndirmək üçün siyasi məsləhətləşmələrə başlayıram.

Prezident olaraq milli qorumanın bu vacib anında milli birliyin formalaşmasını bu günkü vəzifəm kimi görürəm. Ümid edirəm on gün ərzində hamımız belə bir birlik qura bilərik.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər