Biləsuvarda ağır qəzada 1 Sumqayıt sakini ölüb, 6 nəfər yaralanıb – FOTO

528
Biləsuvarda baş verən ağır qəzada 1 Sumqayıt sakini ölüb, 6 nəfəri isə yaralanıb.
sumqayitxeber.com reporta-a istinadən xəbər verir ki, qəza  ötən gün köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəkilişində iştirak edən işçilərin olduğu “BMW” markalı minik avtomobili  və “Mercedes” markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarəta lanlardan 6 nəfəri isə Sumqayıt sakinlərdiri.
Onların adlarını təqdim edirik:
1.Qədirov Elşən Vahid oğlu (1986) – Sumqayıt şəhəri
2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) – Sumqayıt şəhəri
3.Həsənov Emin Hakverdi oğlu (1988) –  Sumqayıt şəhəri
4.Pirimov Razi Əliməhəmməd oğlu (1979) – Sumqayıt şəhəri
5.Bayramov Natiq Nizami (1989) – Sumqayıt şəhəri
6.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri

Biləsuvarda ağır qəzada 1 Sumqayıt sakini ölüb, 6 nəfər yaralanıb - FOTO

 

Biləsuvarda ağır qəzada 1 Sumqayıt sakini ölüb, 6 nəfər yaralanıb - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər