Birinci Qarabağ müharibəsi iştirakçısı: “Övladlarımız bizim arzularımızı reallaşdırdılar…”

2461

“Bu gün biz çox sevincliyik ki, övladlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında arzularımızı reallaşdırdılar. Ordumuz 27 il işğal altında olan torpaqlarımızı erməni tapdağından azad etdi. 44 günlük vətən müharibəsi bizim qələbəmizlə yekunlaşdı.”

Bu sözləri Birinci Qarabağ müharibəsi iştirakçısı, Sumqayıt şəhərinə məskunlaşmış və şəhər 23 saylı tam orta məktəbdə müəllim işləyən Zəngilan rayon sakini Qəfər Hacıyev sumqayitxeber.com-a açıqlamasında bildirib.

Qəfər Hacıyev bildirib ki, münaqişə başlayan andan ordu sıralarına qoşulub. 1991-94-cü illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət göstərib: “Təəssüf ki, o zaman bizim mübarizəmiz müxtəlif səbəblərdən yarımçıq qaldı, 20 faiz torpaqlarımız düşmən tərəfindən işğal olundu. Nəhayət Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun müzəffər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Mən çox sevincliyəm ki, bu qələbədə mənim iki övladımın- Elməddin və Elşənin də payı var. Torpaqlarımızın işğal altında olması övladlarımı hərbçi olmağa sövq etmişdi. Hərbi xidməti başa vurduqdan sonra hər ikisi ordu sıralarına qoşuldu. Bu gün 27 il öncəkindən fərqli olaraq  Azərbaycanın güclü, sarsılmaz, peşəkar ordusu var. Məhz qüdrətli ordumuzun səyi nəticəsində onlar bizim yarımçıq qalmış arzularımızı gerçəkləşdirdilər. Ərazi bütövlyümüzü təmin etdilər. Bütün şəhidlərimizə Allahdan rəhmət , onların yaxınlarına səbir diləyirəm. Yaralı hərbçilərimizə şəfa versin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər