Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir.
Metbuat.az xəbər verir ki, bu xəstəliyin yaranma səbəbi tam məlum deyil. Genetik uyğunluq mühüm amildir, amma yeganə səbəb deyil. Sidik yollarında doğuşdan olan anomaliyalar, tərkibində kalsium olan mədə turşusunu islahedici dərmanların uzun müddətli istifadəsi, B6 vitamininin və maqneziumun az alınması, Podaqra kimi xəstəliklərin böyrəklərdə problemə səbəb olduğu elmə məlumdur.
1. Avakado meyvəsi vasitəsilə
3 q avakado yarpağı və 1 stəkan su: Qazanının içinə 1 stəkan su əlavə edin. Daha sonra avakadonun yarpaqlarını da içərisinə əlavə edib, 10 dəqiqə bişirin. Süzgəclə süzün. Axşam yeməkdən 2 saat sonra mütəmadi olaraq için. 5 gün sonra 3 gün ara verin.
2.Qarğıdalı vasitəsilə
100 qram qarğıdalı saçağı əvvəlcə 1 litr suda qaynadılır və süzgəc vasitəsilə süzülür. Əldə olunmuş suyu gündə ac qarnına 2 dəfə 1 stəkan qədər içilir.