Mobil qurğular üzrə mütəxəssislər ən populyar qurğuların reytinqini tərtib ediblər.
sumqayitxeber.com ICTnews-a istinadən xəbər verir ki, satış həcmi 16 milyondan çox təşkil edən “iPhone X” smartfonu reytinqdə birinci yeri tutub.
İkinci, üçüncü və dördüncü yerlərdə, həmçinin “Apple” şirkətinin smartfonları (“iPhone 8”, “8 Plus” və “iPhone 7”) yerləşib.
Çinin “Xiaomi” şirkətinin “Redmi 5A” smartfonu reytinqdə 5-ci yerdə qərarlaşıb.