Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti – Hava Limanı – Bilgəh və Zığ şosesi – Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “Ölkə.Az”a verilən məlumata görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb.
“Sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl də BNA paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etmışdi.