BÜRCÜNÜZ HAQQINDA HEÇ KİMİN BİLMƏDİYİ ÇİRKİN HƏQİQƏTLƏR

1558

Bütün bürc həvəskarları adətən deyirlər ki, zodiak işarələrinin xarakteristikası onların şəxsiyyətinin xüsusiyyətləri ilə üst-üstə düşür. Lakin bu, çox vaxt bürclərin müsbət tərəflərindən söhbət gedəndə baş verir. Odur ki, bu dəfə oxucuları bürclərin mənfi xüsusiyyətləri barədə tanış etməyə qərar verdik.

“Gencaile.az” xarici mətbuata istinadən bürclər haqqında çirkin həqiqətləri təqdim edir.

 

Qoç

Siz əsasən meymunsunuz. Qoçlar impulsiv və aqressivdir, onlar çox səs-küy yaradır. Sizin xarakterinizdə dərinlik çatışmır, ona görə də bir çox adamlar hesab edir ki, siz saxtasınız və publikaya oynayırsınız. Dünyanı dərk edə bilmək üçün sizin reallığı bəsitləşdirmək qabiliyyətiniz var. Amma uzaqgörənliyin olmaması sizi sadəlövh və axmaq edir.

 

Buğa

Siz darıxdırıcı xırda mülkiyyətçisiniz. Amma ən acınacaqlısı odur ki, Buğalar planetdə ən inadkar məxluqlardır. Tez-tez “Mənim, mənim və yenə mənim olmalıdır!” ifadələrini işlətməyiniz və “Monopoly” oyununu sevməyiniz onu göstərir ki, siz həddindən artıq eqoistsiniz. Ətrafdakılar bu barədə deməsələr də, dollar sizin həyatınız olub.

 

Əkizlər

Sizdə diqqət çatışmazlığı sindromu var. Amma bu zodiak işarəsinin əsas xarakteristikası tam konsentrasiya ola bilməiyi halda sakitliyi qoruyub saxlaya bilməsidir. Başınızda daim ən müxtəlif fikirlərin güclü qasırğası baş qaldırır. Və siz onları nəinki yadda saxlamaq, hətta dərk etmək iqtidarında deyilsiniz. Siz xaos və qarışıqlıq yaratmaq üzrə əsl sənətkarsınız. Yəqin ki, yaxınlarınız sizi çox dözülməz insan hesab edir.

 

Xərçəng

Siz hələ də böyüməmisiniz. Xərçənglər prinsipcə böyümürlər və bütün həyatı boyu uşaq kimi qalırlar. Siz səbirli deyilsiniz, ümumiyyətlə, emosiyalarınıza nəzarət edə bilmirsiniz. Sizin bütün həyatınız əsəb və gərginlikdir. Odur ki, yaxınlarınız sizə əsəbi olduğunuzu deyəndə təəccüblənməyin. Bir də siz eqoistsiniz. Özünə qarşı o qədər tələbkarsınız ki, bununla həm ətrafdakıların, həm də özünüzün həyatını kabusa çevirirsiniz. Xərçənglər daim belə düşünür: “Niyə mən? Niyə yenə mən? Heç kəs mənim qayğıma qalmır! Mən elə bədbəxtəm ki…”

 

Şir

Dünyada şirlərdən daha etinasız adam yoxdur. Onlar daim ətrafdakıların diqqətini özünə cəlb etməklə məşğuldur. Siz özünüzü müstəsna adam, digərlərindən daha çox diqqət və tərifə layiq hesab edirsiniz. Şirlər çox xırdaçı və xəsis olur. Onlar başqalarını alçaltmaq üzrə də yaxşı ustadır.

 

Qız

Müqəddəs Qızlar daim narahatdırlar, onlar bütün günü hər şeyə nəzarət edir. Ona görə də dünya Qızlara borcludur! Onlar tez-tez insanlara yardım edir. Amma bu yalançı alturizmin altında pərdələnmiş narssizm gizlənir. Qızlar əslində, bunu başqalarına necə qayğıkeş və məsuliyyətli olduqlarını nümayiş etdirmək üçün edir.

 

Tərəzi

Siz sosiapatsınız (təkliyi sevən, insanların çoxluq təşkil etdiyi yerlərdən qaçan adam). Sizin kimi insanlar bir saatdan sonra hansı şıltaqlığı və tələbləri olacağını heç vaxt bilmir. Onlara yarınmaq həqiqətən də çətindir. Bir də Tərəzilər – manipulyator üzrə ustadır. Onlar öz ətrafını öyrənir və ona uyğun rəftar edir. Bəzən elə gəlir ki, bu, insanlar robotdur. Onlar da sadəcə, lazımi insanlara, lazımi vaxtda və lazımi şeyləri danışmaq üçün proqramlaşdırılıb.

Ən nəhayət, haqqınızda ən xoşagəlməz məqam: Sizin yalançı mülayimliyiniz əslində, boş ədabazlığı əks etdirir. Siz sərt görünmək istəyirsiniz, amma hamı açıq-aydın görür ki, daxili aləminiz boşdur.

 

Əqrəb

Siz kiçik, kinli bədheybətsiniz. Əqrəblər ünsiyyət qurduğu hər kəsi zəhərləyir. Siz ilk növbədə həyatınızdakı ən dəyərli insana yenilirsiniz. Siz başqalarının iztirablarına baxmağı sevirsiniz. Çünki özünüzü onların bu əzaba layiq olduğuna inandırmısınız.

 

Oxatan

İnsanlar elə fikirləşir ki, siz ağıllı adamsınız, amma bu, doğru deyil. Siz sadəcə, ağıllı və müdrik insanların ideyalarını təkrar edirsiniz. Sitatlarla özünüzü ağıllı göstərməyə çalışırsınız. Siz hər zaman, istənilən şəraitdə və istənilən mühitdə darıxırsınız. Bunu isə gizlətməyi heç bacarmısınız. Bununla belə, başınız başqalarının nə düşündüyü mövzusunda həmişə məşğuldur. Bu da sizin mübaliğəyə doğru meylli olmanızla izah edir.

Oxatan əla rəisidir: Onun heç nə vecinə deyil, o, bütün günahları başqalarında görür və ümumiyyətlə, onu heç kimin sevmədiyi maraqnlandırmır.

 

Oğlaq

Oğlaqlar planetin ən yaxşı xəbərçiləridir. Bu insanlar öz məqsədləri naminə hər işə getməyə hazırdır. Sizi özünüzdən başqa heç kim narahat etmir. Və siz öz istədiyinizi əldə etmək üçün istənilən bir adamı avtobusun altına atmağa hazırsınız. Xudbinsiniz və həmişə sosial statusunuza arxalanırsınız. Sizin üçün hətta yaradıcılıq təkcə şöhrət qazanmaq üsuludur.

 

Dolça

Siz özünüzü “çox adi” insan hesab edirsiniz, ona görə də unikallığınızı sübut etmək üçün insanları daim təəccübləndirməyə çalışırsınız. Siz öz individuallığınıza o qədər aludə olmusunuz ki, nəticə etibarilə sizin yaxınlarınız yoxdur. Axı heç kim sizin incə yaradıcılıq xislətinizi anlamaq iqtidarında deyil.

Siz dünyaya eyni qarşılıqla cavab verirsiniz. Sizin daxili aləminiz belə zəngin olduğu halda dünyanın zahiri aləmi və onun “boz” sakinləri nəyinizə gərəkdir? Dolçalar bir qayda olaraq ətrafdakıların onları rahat buraxmasını istəyir.

 

Balıq

Drama! Balıqlar saxta oyunlara dözmədiyini deyir, amma özləri mütəmadi olaraq dram tamaşalarını göstərir. Ona görə də Balıqlar bütün həyatı boyu özünü bədbəxt hiss edir. Sizin özünüzü qorumağı bacarmamağınız həyatınızı xaosa çevirir. Başqalarından asılılığınız isə sizi zavallı edir.

Siz həyatdan həmişə şikayət edən, lakin onu düzəltmək üçün heç vaxt heç nə etməyən adamlardansınız. Əlbəttə, axı sizin işləriniz başınızdan aşır və şəxsi həyata vaxt qalmır. Siz neqativsiniz və bu xüsusiyyətiniz ətrafda olan bütün insanları da bədbəxt edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər