Şuşa Qarabağın ən dilbər guşəsi sayılır. Onun hər parçası, hər daşı bir tarixdi, gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyur.Bu gün Şuşa azaddır, xoşbəxtdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
Şuşa ilə bərabər xalqımız da özünü haqlı olaraq xoşbəxt sanır. Bu xoşbəxtlik bizə Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli ordumuzun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində nəsib olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı iləŞuşanın Azərbaycan xalqıüçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunmuşdur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunanacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafıÜmummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxt Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir.
44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad edildi. Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinəçevrilərək, tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Qısa müddət ərzindəŞuşanın Baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldıı, Bülbülün ev-muzeyinin vəÜzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpasıüzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezlikləŞuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir.
2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsl sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqdır.Ən əsasıiqtisadi, sosialinkişafbaxımındandaxüsusiəhəmiyyətdaşıyır. HazırdabütündiqqətvəresurslarŞuşanınbərpasınavəyenidənqurulmasınayönəlib. Əlbəttəki, böyükiqtisadi, turizmpotensialınamalikolanŞuşaşəhərininbərpasıümumilikdəAzərbaycaniqtisadiyyatınamüsbəttəsiredəcək.
“ZəfəryolukimidəyərləndirilənFüzuli-Şuşayolu, Qarabağıntacınarahatgediş-gəlişintəminolunmasıüçünFüzuliBeynəlxalqHavaLimanınınistifadəyəverilməsidəbuunikalşəhərinhərbirazərbaycanlıüçünönəmininümayişetdirir.
Şuşa öz tarixinin yeni dövrünə qədəm qoyub. Dövlət başçımızın Şuşa şəhərinə etdiyi səfərlərin hər birində ya yeni infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb. Şəhərdəki məscidlər, Qazançı kilsəsi təmir edilib. Bülbülün ev-muzeyi yenidən qurulub. Hotellər açılıb. Natəvanın, Üzeyir bəyin, Bülbülün işğalçılar tərəfindən güllələnmiş büstləri yerinə qoyulub. Vaqifin məqbərəsi yenidən tikilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də böyük tarixi əhəmiyyət daşıyan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsini imzalayıblar. Şuşa Azərbaycanın hərb, siyasi, dilpomatik, mədəniyyət meydanında qələbəsinin rəmzidir.
Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli”ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.
Bu il parlaq və təntənəli tədbirlərlə – festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlıüçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyəcək.
Bir sözlə, tarixi əsrlərə söykənən Şuşa yeni inkişaf yolundadır. Bütün yollar isə bizi bu gözəl məkana aparır.
İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı