Sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından oğurluq etmiş Culfa rayon sakini Məhərrəm Əliyev tutulmuşdur.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də N.Hacıyev küçəsindəki dərzi sexində Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından 50 manatını oğurlamış Culfa rayon sakini Məhərrəm Əliyev tutulmuşdur.
Soyğunçuluq etmiş Sumqayıt şəhər sakini Azər Təhməzov da tutulmuşdur
DİN-dən verilən digər məlumata görə saat 21.00 radələrində Sumqayıt şəhəri ərazisində naməlum şəxs şəhər sakini Nərmin İsmayılovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Azər Təhməzov tutulmuşdur.
yaxwi eleyib yaxalayiblar…