Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə təşkil olunmuş üçsaatlıq B2G forum çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub. Onlayn B2G forumunun mövzularından biri də Caspian European Club-un üzv şirkətlərinin Sumqayıt şəhərində əməkdaşlıq və investisiyalaşma imkanlarının öyrənilməsi olub.
Bu barədə sumqayitxeber.com-a Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Forumun başlanğıcında Tovuz rayonu ilə sərhəd zonasında erməni hərbi qurumları ilə döyüşdə həlak olmuş hərbiçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Zakir Fərəcov bildirdi ki, həlak olan general-mayor Polad Həşimov 1975-ci ildə Sumqayıtda doğulmuşdur, Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib. Sumqayıtda yüzlərlə vətəndaş onun evinin önünə toplaşıb və onun nəşini qarşıladılar, ailə üzvlərinə baş sağlığı verdilər. Mən də anası ilə görüşüb baş sağlığı verdim. Sumqayıtda aparılmış abadlıq-quruculuq işləri ilə bağlı videorolikin nümayişindən sonra Zakir Fərəcov çıxışında bildirdi ki, son illər Respublika Prezidentinin göstərişlərinə uyğun olaraq Sumqayıtda görülməmiş abadlıq-quruculuq işləri yerinə yetirilmişdir. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Yeni Sumqayıt Bulvarı salınmışdır. Çox qısa müddətdə tikilmiş Bulvarı cənab Prezident “möcüzə” adlandırmışdır. Bu bulvar Sumqayıtlıların çox sevdiyi istirahət məkanına çevrilmişdir.
Sumqayıtda yeni Heydər Əliyev adına mərkəz, İncəsənət məktəbi, Şahmat məktəbi, Yeni Azərbaycan Partiyası binasının yeni inzibati binası, Bayraq muzeyi, Muğam evi, Nizami kinoteatr evi və s yeni tikililər tikilmiş, çoxmənzilli binalar;n dam örtüyü dəyişdirilmişdir. Şəhərin yolları asfaltlanmış, yol kənarlarında abadlıq işləri aparılmışdır.
Sumqayıt İcra Hakimiyyətinin sahibkarların işlərinə əsassız müdaxilənin qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirib. Hüquq mühafizə orqanları sahibkarlarla ciddi əməkdaşlıq edir. Bu forumdan istifadə edərək Caspian european Club üzvlərinin Sumqayıt şəhərində iş qurmağa dəvət edirəm. Sumqayıtda istehsal sexləri yaradılması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti sahibkarlara dəstək vermək niyyətindədir. Sumqayıt İcra Hakimiyyəti Koronavirusla mübarizədə ciddi tədbirlər həyata keçirir. Dezinfeksiya işləri mütəmadi aparılır, Sumqayıt 1 saylı xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb və müvafiq avadanlıqlarla təchiz edilib. 1 ədəd modul xəstəxana tikilib istifadəyə verilib. Maskalar və mühafizə vasitələri ilə əhali təmin edilib. Evdə qal kompaniyasına dəstək üçün Sumqayıt şəhər icra hakimiyyəti və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ehtiyacı olan Sumqayıt şəhər sakinlərinə 400 min manat dəyərində ərzaq paketi paylanmışdır.
Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tair Mirkişili qeyd edib ki, Klubun onlayn tədbirinə qatıldığı ilk deyil və Caspian European Club tərəfindən yaradılmış platformada dövlət sektoru ilə biznes nümayəndələri arasındakı dialoqu olduqca vacib hesab edir. Tahir Mirkişili bildirdi ki, tenderlərin şəffaf keçirilməsi, yüksək maddi texniki bazaya, kadr potensialına, uyğun təcrübəyə malik yerli şirkətlərin tenderdə qalib ola bilməsi üçün tender haqqında qanuna Milli Məclisdə dəyişikliklər hazırlanır. Məqsəd odur ki, tenderin qalibi yalnız qiymət meyarları ilə deyil, yuxarıdakı meyarlar ilə də seçilsin. Milli Məclisdə Sumqayıtla bağlı layihələrə dəstəyi mən və burada iştirak edən həmkarım Müşviq Məmmədli ilə ciddi dəstək veririk.
Forumun moderatoru Caspian European Club-un Sumqayıt filialının rəhbəri Məmmədov Şahin bildirdi ki, Sumqayıt sahibkarları Koronavirusla mübarizəyə dəstək fonduna 300 min manata yaxın pul keçirmişdir. Qartal Tikinti Firması Sumqayıt şəhər Təcili Tibbi yardım maşınlarına və Təcili Tibbi yardım stansiyalarına bütün respublikanı əhatə edən şifrəli tetra telekommunikasiya şəbəkəsinə qoşulmuş stasionar ratsiyalar quraşdırmışdır. Həmçinin koronavirus xəstələri müalicə olunan Sumqayıt şəhər 1 saylı xəstəxanada Rusiyadan gəlmiş həkimlərin bir biri ilə operativ əlaqə saxlaması üçün xəstəxanaya 12 ədəd ratsiya vermişdir. Bütün bu işləri Qartal Tikinti Firması öz maliyyə vəsaiti hesabına yerinə yetirmişdir. Digər sahibkarlar da Koronavirus xətəliyinin qarşısının alınması üçün şəhərə müxtəlif köməkliklər göstərmişdir və gələcəkdə də müxtəlif aksiyalar keçirməyi planlaşdırırlar. Şahin Məmmədov bildirmişdir ki, sahibkarlar istəyir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən tikinti quraşdırma şirkətləri Sumqayıtda dövlət vəsaiti hesabına yerinə yetirilən işlərdən iş sifarişi alsınlar. Sumqayıt şəhərində sahibkarları narahat edən digər məsələləri də Zakir Fərəcova bildirdi və Zakir Fərəcov bu məsələlərə aydınlıq gətirdi. Sonra Zakir Fərəcov Caspian European Clubun ayrı ayrı üzvlərinin XXX suallarına cavab verdi və onların məsələlərinə kömək edəcəyini bildirdi.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Zakir Fərəcova minnətdarlığını bildirib, Caspian European Club ilə sahibkarların təkliflərini operativ öyrənmək və onları Sumqayıt şəhər İcra Hakimiyyətinn rəhbərliyinə çatdırmaq imkanı qazandıracaq ikitərəfli işçi qrup yaratmağı təklif edib.
Zakir Fərəcov Caspian European Club üzvlərinə və bu forumun təşkilatçılarına online görüşün təşkili üçün təşəkkürünü bildirdi və sahibkarlarla hər zaman dialoqa hazır olduğunu bildirdi.
Dövlət və özəl sektor arasında dialoqun aktivləşməsi üçün mühüm vasitə olan Online B2G Caspian European Club tərəfindən Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər həftə təşkil olunur.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznez-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian European Clib-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.