Çin şirkəti Sumqayıtda maqnezium istehsalı layihəsini həyata keçirə bilər

552

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin “Ka Shui International Holdings Ltd.” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması, sənaye parklarına investisiya yatırılması imkanları müzakirə edilib.

Çinin “Ka Shui International Holdings Ltd.” şirkətinin müşaviri, “Dragon Mining Resources Ltd.” şirkətinin direktoru Dano Çanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib.

Sənaye zonalarının və “Ka Shui International Holdings Ltd.” şirkətinin təqdimatları nümayiş etdirilib.

Görüş çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin qurulması, Sənaye Parkının ərazisində “Ka Shui International Holdings Ltd.” şirkəti tərəfindən Maqnezium istehsalı layihəsinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti ilə tanış olublar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər