Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri REAL-a danışır
Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı “Real İntervyu”da Çində olan son vəziyyətlə bağlı açıqlama verib.
“Çin Xalq Respublikasında hökumət tərəfinhdən atılan misli görünməyən addımlar nəticəsində “COVİD-19″ yeni növ koronavirusun yayılması ilə bağlı vəziyyət tamamilə nəzarətə götürüb və yayılmanın qarşısı alınıb. Amma Çində karantin tədbirləri davam etməkdədir. Pekin Hava Limanı hələ bağlıdır, dövlət qurumlarında iş onlayn rejimdə, evdən həyata keçirilir. Müəssisələr tam fəaliyyətə başlamayıb. Yalnız çox vacib hesab olunan obyektlər fəaliyyətini qismən davam etdirir”, deyə səfir bildirib.