Bu dəfə Çin Xalq Respublikasının Çucou şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib. Çucou şəhərindən göndərilən tibbi ləvazimatlar artıq Sumqayıt şəhərinə çatıb və dezinfeksiya olunduqdan sonra qəbul edilib.
Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirus epidemiyasına qarşı mübarizədə istifadə olunacaq.
Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi.