Cinsi istəyi artıran QİDALAR – SİYAHI

3092

Bir çox xəstəliyin müalicəsində istifadə edilən bitkilər cinsi gücümüzü də artırır.

Milli.Az ölkə.az-a istinadən oxuculara bu bitki və qidaları təqdim edir.

1.Arı südü

Arı südü həm qadınlara, həm də kişilərə qısa müddət ərzində təsir edir. Balın içinə qarışdırıb dərman kimi istifadə etdiyimiz arı südünü heç bir qatqı olmadan da qəbul etmək olar. Amma arı südünü çox yox, gündə maksimum 1 qram qəbul etmək olar.

2.Razyana
Razyana ən güclü afrodizyaklardan biridir. Hər gün bir az qəbul etmək cinsi gücü artırır. Razyananın toxumunu dəmləyib içmək də olar.

3.Jenşen
Çində jenşendən dərman hazırlamaq üçün istifadə edilir. Jenşen hormonal sistemi oyandırır, erkən qocalma prosesini yavaşladır və insana özünü yaxşı hiss etməyə imkan verir.

4.Lavanda
Salat və yemək souslarına bir neçə damcı lavanda əlavə etmək cinsi gücü artırır.

5.Mixək
Təbii afrodizyakların ən güclülərindən biridir. Eyni zamanda yorğunluğu da aradan qaldırır.

6.Xaş-xaş toxumu
Xaş-xaş toxumu da cinsi performansı artırır.

7.Çiçək tozu
Son illərdə çiçək tozu afrodizyak kimi istifadə edilir. Çiçək tozunun tərkibində testesteron və digər cinsi hormonlar var. Bundan başqa tərkibində bir sıra vitamin, mineral və amin turşusu da var.

8.Zəncəfil

Zəncəfil yüz illərdir ki, insan hisslərini hərəkətə keçirmək üçün istifadə edilən içkilərə qatılır. Qanı sulandıran dərman istifadə edənlər bu məsələdə ehtiyatlı olmalıdırlar. Bundan başqa həddən artıq qəbul edəndə bağırsaqlarda da problem yaranır. Yeməklərdə ədəva kimi istifadə etmək olar. Bala qarışdırıb yemək də olar. Bir həftə və ya 10 gün istifadə etmək mümkündür.

9.Darçın
İştahı açır. Sinirləri rahatlaşdırır. Antiseptik təsiri var. Afrodizyak kimi də istifadə edilir. Qışda içilən bitki çaylarına əlavə etmək olar. Darçın yağı xoş qoxusuna görə masaj yağı kimi də istifadə edilir.

10.Xardal
Cinsi gücü artırır.

11.Süsən gülünün kökü
Süsənin kökündən hazırlanan toz hər iki cins üçün yaxşı afrodizyakdır.

12.Yasəmən
Likörü qoxulandıran yasəmən çiçəyi də cinsi gücü artırır.

13.Biyan kökü
Biyan kökündən əldə edilən tozu qazlı su ilə qarışdıranda qadınlar üçün çox təsirli olan afrodizyak əldə etmək mümkündür.

14.Əkin indausu
Tərkibində dəmir və C vitamini çoxdur. Eyni zamanda cinsi gücü də artırır.

15.Vanil
Mərkəzi sinir sisteminə təsir edir və qoxusu ilə ehtiraslandırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər