Daha bir yüksək vəzifəli məmur vəfat etdi – Bu dəfə general

1214

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün dünyasını dəyişib.

Modern.az xəbər verir ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər  ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

 Mərhum “İcra hüququ” kitabının müəllifidir.

Qeyd edək ki, dünəndən Azərbaycanda bir neçə tanınmış ictimai xadim və  yüksək vəzifəli məmur vəfat edib. Onlar “Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov, Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev və Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər