Demə, əllərimizi yanlış yuyurmuşuq – Alimlər SÜBUT ETDİ

1475

Hətta sabun olmadan belə 4 dəqiqəlik əl yumaq – Qrip-A (influenza) infeksiyası zamanı bir çox dezinfektandan daha effektivdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ovuc içindəki qrip virusunu yox etmək üçün onları sabunlamaq və ya antiseptik vasitədən istifadə etmək yetərli deyil. Araşdırmanın nəticələrinə görə, özünü yoluxucu infeksiyalardan qorumaq üçün əlləri ən az dörd dəqiqə sabunla, ya da antiseptik vasitələrlə təmizləmək lazımdır.

Məlum olub ki, demə, əllərimizi düz yumurmuşuq. Bu, Kioto Tibb Universitetinin alimləri tərəfindən müəyyən edilib. Könüllülər arasında aparılan tədqiqatda iştirakçılara A qripi və digər kəskin respirator infeksiyalara yoluxmuş insanlardan toplanan xüsusi selik verilib. Sonra əlləri antiseptiklə silməyi təklif ediblər. Növbəti mərhələdə ovucların təmizliyi yoxlanılıb. Məlum olub ki, antiseptik zərərli virusların heç birini öldürmür!

“Daha sonra əllərin antiseptiklə silinməsi prosesi uzadılıb, hətta 2 dəqiqəlik silinmə də virusları təmizləmək üçün kifayət etməyib”, – deyə təcrübə müəlliflərindən biri Rehea Hirose açıqlamasında qeyd edib.

Tədqiqatın nəticələri göstərib ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün əlləri sabunla yumalı və ya antiseptiklə ən azı dörd dəqiqə silməlisiniz! Əks təqdirdə, bütün prosedur faydasız olacaq.

Digər mütəxəssislərin fikrincə, hər şey eksperimentin xüsusiyyətlərindən asılıdır. Yaponiyada aparılan başqa bir araşdırmada, iştirakçıların barmaq uclarına müxtəlif mikroorqanizmlərin inkişaf etməsi üçün münbit şərait yaradan yaş selik tətbiq ediblər. Adi həyatda, əllərimizdə selik quruyur, bakteriyaların bir hissəsi ölür və bu vəziyyətdə antiseptiklər daha yaxşı işləyir. Ancaq asqırsanız və ya səhvən başqasının dəsmalını alsanız, tədqiqatçılar dərhal əllərinizi yumağı və qurumasını gözləməməyi məsləhət görür.

Əlləri necə yumaq olar:

1. Əllərinizi axan su ilə isladın, sabun tətbiq edin və yaxşıca köpükləndirin.

2. Ovuc və əlin üstünü yaxşıca silin.

3. Hər barmağınızı ovuşdurun. Baş barmağın arasındakı boşluğa xüsusi diqqət yetirin.

4. Əllərinizi axan su altında yuyun.

5. Təmiz bir dəsmal və ya hava ilə qurudun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər