“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, H.Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva fəaliyyətinin ana xəttini Azərbaycanı layiqincə dünyaya təqdim etməklə yanaşı, ümumbəşəri dəyərlərə sadiq qalaraq insanlara yardım etmək təşkil edir. Məhz ona görə də insanlar Mehriban xanım Əliyevanı bir ünvanını bir şəfqət və mərhəmət qapısı hesab edirlər”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Birinci vitse-prezident mehriban xanım Əliyevanın fəaliyyət sahəsi çox geniş oldğuğundan onun ancaq səhiyyə və humanitar sahədəki əvəzsiz rolundan danışmaq istəyirəm. “ Mehriban xanım Əliyeva Azərbaycanda aktiv ictimai-siyasi fəaliyyətə başladığı ilk anlardan ölkədə mədniyyət və səhiyyə, humanitar sahənin problemlərini öyrənib, onun həlli istiqamətində olub. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəni irsi dünyaya çatdırılması istiqamətində çox böyük işlər görülüb və bu fəaliyyət hamının gözü qarşısındadır. Birinci vitse-prezidentin ikinci əsas fəaliyyət istiqamətini səhiyyə və hmanitar sahə təşkil edib ki, bu sahədə görülən böyükmiqyaslı işlər hamıya bəllidir”- deputat qeyd edib.
M. Məmmədli əlavə edib ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır: “Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi idi. Onun bu sahədəki fəaliyyəti nəticəsində bu gün nəinki diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər. Bu problem onun əməyi nəticəsində həllini tapıb.
Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyinin müalicəsi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Bu sahədə görülən işlər nəticəsində ölkəmizdə ən müasit tələblərə cavab verən Talassemiya Mərkəzi yardılıb və çox uğurla fəaliyyət göstərməkdədir. Biz bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işlər sadlamaqla yekunlaşdıra bilmərik. Onun sahiyyə sahəsindəki fəaliyyəti təkcə Azərbaycanla yekunlaşmayıb. Mehriban xanım Əliyeva digrə sahələrdə olduğu kimi səhiyyə sahəsindədə qlobal səhiyyə problemlərinin həllində öz əvəzsiz rolunu oynayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işləri bir-bir sadalayıb vaxt almadan əminliklə qeyd edə bilərik ki, Azərbaycan səhiyyəsinin inkişafında və onun müasir dünya standratlarına cavab verən səhiyyə müəssisələrinin fəaliyyət göstərməsində onun müstəsna xidmətləri olub. Biz bu gün də onun bu sahəyə olan diqqət və qayğısının şahidiyik. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin müalicəsi istiqamətində görülən işləri qeyd etmək yetərlidir. Məhz Birinci vitse-prezidentin əməyi nəticəsində ölkəyə ən yüksək və müasir protezlər, əlil arabalaır gətirlir, onlaırn müalicəsi ən yüksək səviyyədə təşkil olunur. Təkcə onların sağlamlıq problemləri deyil, həm sosial məsələləri həll olunur. Bütün bunlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətində diqqət mərkəzində olan məsələlərdir. Biz bir həkim kimi onun bu diqqət və qayğısının şahidi oluruq.
Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bu gün respublikada səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.
Ümumiyyətlə O fəaliyyətini xalqın rifahına və dövlətin inkişafına həsr edib və yorulmadan da bu istiqamətdə fəaliyyət göstərir. Biz onun Vətənə sədaqətini, milli dəyərlərə hörmətini, uğurlu fəaliyyətini 44 günlük erməni faşizmi üzərində qləbəsi və ondan sonrakı dövrdə də şahidi olmaqdayıq. Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi diqqətini təkcə 44 günlük müharibədə şəhid olan ailələrin və qazilərin sağlamlığı, onların problemlərini deyil, həm də işğaldan azad oluna ərazilərimizdə erməni faşistlərinin milli-mədəni tariximizə vurduğu ziyanı, vandalizm əməllərinin beynəlxalq aləmə çatdıırlmasında, həçminin Böyük qayıdışı təmin etmək istiqamətində həyata keçirilən genişmiqyaslı infrastruktur, yenidənqurma, abadlıq işlər də diqqət mərkəzindədir. O, bu məqsədlə cənab Prezidentlə davamlı olaraq işğaldan azad olunmuş bölgələrə səfər edir və oradakı vəziyyət yerindəcə tanış olur. Birinci vitse-prezidentin dövlətimizin işıqlı gələcəyi naminə yorulmaz fəaliyyəti hər birimizə bir nümunədir”.