Deputat: “Şuşa qısa zamanda təkcə Azərbaycanın deyil, bölgənin mədəni-siyasi mərkəzinə çevriləcək”

406

“Cənab Prezident İlham Əliyevin Şuşaya səfəri qəhrəmanlıq dastanı yazan qalib ordunun, xalqın müzəffər Ali Baş Komandanının səfəri idi. Ona görə də müzəffər Ali Baş Komandanın Şuşaya səfərini sıradan bir səfər kimi yox,  böyük siyasi əhəmiyyət kəsb edən səfər idi.  Cənab Prezident  Şuşaya gedərkən Şuşa yolunu Qələbə yolu adlandırmadı. Bəyan etdi ki,  qəhrəman Azərbaycan ordusu  bu yollarla gedərək torpaqlaırmızı və Şuşanı işğaldan azad edib. İndi də biz buradan yol çəkirik və bu yol Qələbə yoludur. Prezident əslində bununla dünyaya bir mesaj verdi ki, artıq Qarabağ münaqişəsi tarixə qovuşmuş bir münaqişədir. Torpaqların sahibi öz yurduna dönüb. Bundan sonra  hər hansı revanşist qüvvə Azərbaycan torpaqlaırna qarşı hər hansı iddia ilə çıxış edə bilməz. Çünki Azərbaycan həmin qüvvələrə elə bir dərs verib ki, uzun illər bu dərs onlaırn yadından çıxmayacaq”.

Bunu “Ölkə.Az”a  açıqlamsında millət vəkili Müşfiq Məmmədli deyib.

Millət vəkilinin sözlərinə görə, bu qələbə heç də asan olmayıb. “Qələbə Azərbaycanın müdrik, uzaqgörən, cəsarətli, qətiyyətli və fəaliyyətində hər zaman  milli maraqları əsas tutan liderinin və xidm xalqın da ona inanaraq ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində mümkün oldu. Milli, dini, siyasi dünya görüşündən asılı olmayaraq  Azərbaycan vətəndaşı cənab Prezidentin, Ali Baş Komandanın ətrafında birləşərək qələbəni əldə etdi. Ona görə də cənab İlham Əliyev  tarixə fikir birliyini təmin edən lider kimi tarixə düşdü. 44 Günlük Vətən müharibəsi təkcə Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələnmədi. Bu müharibə həm də Azərbaycan millətinin ümummilli, taleyüklü məsələlərlə bağlı birliyinin təcəssümünü dünyaya nümayiş etdirdi”- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki,  məhz bunun nəticəsi olaraq ölkədəki bütün siyasi qüvvələrin əsas hədəfləri Qarabağın bərpası ilə bağlı Azərbaycan dövlətinin apardığı fəaliyyətin dəstəklənməsi, əhalinin işğal olunmuş ərazilərə tezliklə qayıtması, quruculuq işlərinin sürətlə aparıb həmin ərazilərdə normal həyatı bərpa etmək istiqamətində səylərin artırılmasıdır.

Deputat bildirib ki, möhtərəm Prezidentimiz işğaldan azad olunmuş bölgələrə ilk səfəri məhz özü edir, əzəli torpaqlarımızın, qədim məmləkətimizin yenidən qurulması ilə bağlı tapşırıqlarını verir, təməlqoyma tədbirlərinə qatılır, strategiya müəyyənləşdirir, gələcək planların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparır: “Şuşada da həmin tapşırıqlar verildi. Şuşanın dirçəlməsi üçün növbəti addımlar atıldı. Bir ildən, iki ildən, beş ildən sonra Şuşa tam başqa Şuşa olacaq. Şuşa yenidən gözəlləşəcək. Çünki artıq Şuşa terrorçunun, vandalın, işğalçının əlində deyil. Çünki artıq Şuşa ilə bağlı qərarları inkişaf etmiş Azərbaycan və onun qətiyyətli lideri İlham Əliyev verir. Ona görə Şuşa dəyişəcək, dirçələcək, gözəlləşəcək. Şuşa təkcə Azərbaycanın və yaxud bölgənin deyil, dünyanın bir mədəni, siaysi mərkəzinə çevriləcək.  Şuşa ilə bərabər digər işğaldan azad olan ərazilərimiz dirçələcək, abadlaşacaq və  Qarabağ  yenidən sözün əsl mənasında yenidən cənnətə çevriləcək və dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək. Məhz cənab Prezidentin də qarşıdakı əsas fəaliyyət hədəfi bundan ibarətdir. Qarabağ bölgəsinin cənnətə çevrilməsi üçün kompleks tədbirlər planın start verilib və  işlər görülməkdədir. Elə Fizuli-Şuşa avtomobil yolunun tikintisi, Fizuli  beynəlxalq hava limanının tikintisinin təməl qoyulması, gələcəkdə Kəlbəcər və yaxud Laçında hava limanın tikintisi, Kəlbəcərə yeni yolun çəkilməsi, Horadiz-Zəngilan, Zəngilan-Naxçıvan dəmiryolunun yenidən bərpa olunması və çoxsaylı belə layihələrə dediyimizin bariz nümunəsidir. Əminəm ki, yaxın bir neçə il ərazində işğaldan azad olunan ərazilərimizin  cənnət çevriləcəyinin şahidi olacağıq. Azərbaycan xalqı cənab ilham Əliyevin rəhbərliyi altında hələ çoxsaylı yeni-yeni uğurlara imza atacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər