Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Həmin tələbələr BANM-in dərslərə ən çox gecikən tələbələridir.
Rektor zəngli saatlarla tələbələrin bir də heç vaxt dərsə gecikməyəcəyinə inandığını bildirib.