sumqayitxeber.com “AQS dental center”in həkim-stomatoloqu Şəkər Nüsrətova “Diş daşı necə əmələ gəlir?” mövzusunda olan yazısını təqdim edir.
Bu sual bir çox xəstələrimizi maraqlandırır. Hər qida qəbulundan sonra dişlər düzgün təmizlənmədikdə qidanın kiçik hissələri dişlərin boyun nahiyyəsində və diş aralarında toplanır. Bu hissəciklər tüpürcəyin tərkibindəki minerallarla birləşərək dişlər və diş ətləri ətrafında ərp əmələ gətirir.
Bu ərp ilk mərhələdə yumşaq olur. Amma davalı yumşaq ərpin toplanması onun sərtləşməsinə səbəb olur. Nəticədə dişlərin bütün səthini örtən sərt daşlar əmələ gəlir. Diş daşları diş ətinə qıcıqlandırıcı təsir edərək iltihab yaradır. Bu iltihab diş daşları təmizləndikdən sonra aradan qalxır.
Son vəziyyəti